Azərbaycanda peşə təhsili müəssisələrində dərslərin əyani başlama tarixi müəyyən olunub.
Bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" qərarında bildirib.
Qeyd edilib ki, qısamüddətli kurslar üzrə oktyabrın 1-dən, peşə təhsilinin bütün səviyyələri üzrə isə oktyabrın 15-dən dərslər başlayacaq.