• 16 Oktyabr 2021
logo
ETSN milli parklara girişin ödənişli olmasına aydınlıq gətirib

ETSN milli parklara girişin ödənişli olmasına aydınlıq gətirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi milli parklara giriş zamanı ödəniş edilmə səbəbinə aydınlıq gətirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" adlı verilişdə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, bu, bütün dünyada qəbul olunmuş məsələdir: “Xüsusi mühafizə olunan əraziləri, milli parkları insanlar ziyarət edirlər, bu qurumların saxlanması üçün isə xərc tələb olunur. Milli parklara baxmaq üçün gedən şəxslər 2 manat ödəməklə əslində təbiətə də töhfə vermiş olur. Bu, bütün dünyada belə qəbul olunub. Ölkəmizdə bununla bağlı qanunvericilik aktı da var. Belə ki, Nazirlər Kabinetinin 114 nömrəli qərarında qeyd olunub ki, hər bir şəxs milli parka daxil olarkən hər adam üçün 2 manat məbləğində ödəniş etməlidir, amma burada istisnalar da var. Tələbələr və əlillik dərəcəsi olan şəxslər üçün giriş haqqına 25 faiz endirim olur. Milli Qəhrəmanlar və şəhid ailələri üçün isə giriş ödənişsizdir. Məktəbli uşaqlar ailələri ilə milli parka daxil olsalar, onlar üçün ödəniş edilmir”.