• 26 Oktyabr 2021
logo
Deputat: Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq ölkəmizdə sosial layihələr davamlı icra olunur

Deputat: Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq ölkəmizdə sosial layihələr davamlı icra olunur

Dünyada koronavirus pandemiyası bütün ölkələri iqtisadi-sosial baxımdan çətin durumda qoyub. Bir çox ölkələr pandemiya səbəbindən sosialyönlü layihələri təxirə salmaq məcburiyyətində qalıblar. Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, əlbəttə ki, pandemiya ölkəmizə də təsirsiz ötüşməyib: “Lakin Azərbaycanda indiyə qədər həyata keçirilən islahatlar nəticəsində əldə olunan iqtisadi inkişaf pandemiyanın mənfi təsirinin qarşısını almaqla yanaşı, planlaşdırılan sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinə şərait yaratdı.

Deputat seçildiyim Suraxanı rayonu da bu çətin günlərdə dövlət diqqətindən kənarda qalmayıb. Pandemiyaya baxmayaraq rayonda nəzərdə tutulan quruculuq-abadlıq işlərinin, mədəni və sosial layihələrin icrası davam etdirilib. Elə iki gün əvvəl, yəni avqustun 26-da Bakının Suraxanı rayonunda görkəmli rəssam Səttar Bəhlulzadənin adını daşıyan Mədəniyyət Evinin açılışı olub. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım hörmətli Mehriban Əliyeva iştirak ediblər.

1926-cı ildə inşa edilmiş bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub”.

A.Həsənova bildirib ki, bu il ərzində rayonda geniş quruculuq-abadlıq işləri, sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib və hazırda da davam etdirilir:

“Belə ki, Suraxanı rayonunda genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparılması və rayonun hərtərəfli inkişafının daha da sürətləndirilməsi istiqamətində əsaslı layihələr davam etdirilir.

Ölkə başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə Bakı Abadlıq Xidmətinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsində Tofiq Bayram, Xanoğlan Bayramov, Əmir Nizaməddin, Elxan Həsənov, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir küçələrinin genişmiqyaslı abadlaşdırılması işləri davam etdirilir.

Aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulub.

Bundan əlavə sosial infrastrukturun əsas sahələrindən sayılan içməli su təchizatının yaxşılaşdırılması üçün Suraxanı rayonunda mühüm layihələrin həyata keçirilməsi davam etdirilir. Hazırda Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsində 600-dən çox ailənin su təminatının yaxşılaşdırılması məqsədilə 550 metr uzunluğunda 110 mm diametr yeni su xəttinin çəkilişi işlərinə başlanılıb, həmçinin Bülbülə qəsəbəsi, Samir Əliyev və 3-cü Mədən küçələrində yeni su xəttinin çəkilişi işləri aparılır.

Qeyd etmək mütləqdir ki, son 10 ayda Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işləri sakinlərin yaşam şəraitinin yaxşılaşdırılmasına yönəlib. Bu dövr ərzində əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə rayonun qəsəbələrində 485 000 kv.m o cümlədən, Hövsan qəsəbəsində Südçülük sovxozu adlandırılan yaşayış sahəsində 18 000 kv.m, Donuzkökəltmə sovxozu adlandırılan yaşayış sahəsində 18 000 kv.m, O.Şabanov küçəsində 5 800 kv.m, Elman Qasımov küçəsində 17 710 kv.m, Dənizkənarı küçəsində 8 000 kv.m, İbiş Məmmədov küçəsində 5 100 kv.m, Məktəbli küçəsində 4 140 kv.m, Məktəbli küçəsindən qəbiristanlığa gedən yolda 3 955 kv.m, M.Ş.Vazeh küçəsində 6 700 kv.m, Binə Südçülük sovxozu adlandırılan yaşayış sahəsindən Məscidə gedən yolda 11 820 kv.m asfalt örtüyü salınıb.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 7 №-li Yol istmarı MMC tərəfindən Hövsan qəsəbəsində Baxça küçəsində əsaslı təmir işləri aparılaraq 5500 kv.m ərazidə yeni asfalt örtüyü vurulur. Rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri mərhələli şəkildə aparılır. Həmçinin rayonun bütün qəsəbələrində ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir.

Bundan əlavə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi dəmiryol keçidi-qəbiristanlıq istiqamətində yeraltı kommunikasiya xətləri çəkildikdən sonra mərkəzi yolun asfaltlanması və piyada səkilərinin salınması işlərinə başlanıllıb. Rayonun bütün qəsəbələrində ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir”.