• 16 Oktyabr 2021
logo
Paytaxtın ümumi təhsil müəssisələrini 975 nəfər fərqlənmə attestatı ilə bitirib

Paytaxtın ümumi təhsil müəssisələrini 975 nəfər fərqlənmə attestatı ilə bitirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 975 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.

BŞTİ-dən bildirilib ki, onlardan 491-i ümumi orta təhsil səviyyəsi, 484-ü isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

Qeyd edək ki, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 olan və buraxılış imtahanlarında hər bir fənn üzrə 75-dən (yetmiş beş) yuxarı bal toplayan məzunlara verilir. Məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.