"Azərpoçt" MMC "Verifone vx990" markalı POS-terminalların satınalmasına dair keçirilən tenderin qalibini müəyyənləşdirib.
"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, poçt operatorun elan etdiyi tenderin qalibi "NBA Technologies International" MMC seçilib. Bu şirkətlə ümumi dəyəri 172 min manatdan çox təşkil edən müqavilə imzalanıb.