• 1 İyul 2025
logo
Təhsil Nazirliyi: Şəxsi səhifələrə məlumatların göndərilməsi başa çatıb

Təhsil Nazirliyi: Şəxsi səhifələrə məlumatların göndərilməsi başa çatıb

Bu il sentyabrın 3-dən 8-dək keçirilməsi nəzərdə tutulan işə qəbul imtahanlarında iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib.

Təhsil Nazirliyindən bildiriblər ki, qeyd olunan tarixlərdə texnologiya, informatika, coğrafiya və tarix fənləri üzrə növbəti test imtahanları keçiriləcək.

Bununla da müsabiqədə iştirak edəcək namizədlərin şəxsi səhifələrinə məlumatların göndərilməsi başa çatıb. Şəxsi səhifəsinə müvafiq məlumatın göndərilməsi ilə bağlı hər hansı problemlə qarşılaşan namizədlər Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (əlaqə telefonu-146) müraciət edə bilərlər.