• 18 Oktyabr 2021
logo
Daşkəsənin qaz təchizatında məhdudiyyətlər olacaq

Daşkəsənin qaz təchizatında məhdudiyyətlər olacaq

Daşkəsən rayonunun qaz təchizatında dayandırmanın olacağı gözlənilir.

"Azəriqaz"dan verilən məlumata görə, "Qaz İxrac" İdarəsi "Daşkəsən" Qaz Paylayıcı Stansiyasında (QPS) texnoloji hissənin yenidən qurulması işlərini həyata keçirəcək. Bununla bağlı olaraq 27-28 avqust tarixlərində Daşkəsən rayonunun qaz təchizatında dayandırmanın olacağı gözlənilir. Təmir işlərinin gedişatından asılı olaraq bir-neçə yaşayış məntəqəsində qaz təchizatı avqustun 27-də gün ərzində bərpa edilə bilər.