• 24 Oktyabr 2021
logo
Avqust ayı üzrə ünvanlı sosial yardımın ödənişi həyata keçirilib

Avqust ayı üzrə ünvanlı sosial yardımın ödənişi həyata keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənişi həyata keçirilib.

Bunu APA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardımı alan şəxslərin hesablarına vəsait artıq köçürülüb:

“Vətəndaşlar ünvanlı sosial yardım üzrə vəsaitlərini onlara Kapital Bankdan verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər”.