• 24 Yanvar 2021
logo
Ədliyyə Nazirliyi inzibati binasında baş verən yanğınla bağlı məlumat yayıb

Ədliyyə Nazirliyi inzibati binasında baş verən yanğınla bağlı məlumat yayıb

Ədliyyə Nazirliyi inzibati binasındakı yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, bu gün səhər 11 radələrində Ədliyyə Nazirliyinin inzibati binasında 12 kv.m sahəli otaqda qısaqapanma nəticəsində yanğın hadisəsi baş verib: "Nazirlikdə quraşdırılmış yanğın siqnalizasiya sistemi dərhal işə düşüb, daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın təxirəsalınmadan söndürülüb. Eyni zamanda, FHN-nin Dövlət Yangından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlib. Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib. Hadisənin nazirliyin işinə heç bir təsiri olmayıb".