• 24 Yanvar 2021
logo
İctimai işlərin icrasına nəzarət zamanı insan faktorunu azaldacaq cihaz hazırlanır

İctimai işlərin icrasına nəzarət zamanı insan faktorunu azaldacaq cihaz hazırlanır

İyunun 29-da ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası zamanı elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrinə müvafiq dəyişikliklər edilib və avqustun 10-da həmin qanunların tətbiqi ilə bağlı Prezident İlham Əliyev tərəfindən müvafiq fərmanlar imzalanıb.

Bunu Probasiya xidmətinin Elektron monitorinq idarəsinin baş məsləhətçisi Nəvai Əlizadə bildirib.

Onun sözlərinə görə, bu yeniliyin əsas mahiyyəti ondan ibarətdir ki, ictimai işlərin icrasına daha effektiv və elektron qaydada nəzarət həyata keçiriləcək: “Bu dəyişiklikdən sonra ictimai işlərin icrasına nəzarət zamanı insan faktoru azalacaq. Həmçinin, görülmüş ictimai işlərin saatı avtomatlaşdırılmış qaydada, daha dəqiq hesablanacaq. Artıq bu cihazın sınaqlarına başlanılıb. Elektron nəzarət vasitəsinin tətbiqi ilə bağlı Qayda hazırlandıqdan sonra, artıq cihazın istifadəsinə başlanacaq”.