• 23 Oktyabr 2021
logo
Baş Prokurorluğun Instagram səhifəsində sual-cavab sessiyası keçiriləcək

Baş Prokurorluğun Instagram səhifəsində sual-cavab sessiyası keçiriləcək

Avqustun 21-də Baş Prokurorluğun Instagram sosial şəbəkəsindəki səhifəsində ilk dəfə sual-cavab sessiyası keçirilib.

Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.

Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun Instagram sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də, saat 09:00-dan 13:00-dək keçiriləcək.

Hәr bir kәs prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr.