• 1 İyul 2025
logo
TƏBİB: Ağdaş Mərkəzi Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinin binası təmir olunacaq

TƏBİB: Ağdaş Mərkəzi Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinin binası təmir olunacaq

TƏBİB Ağdaş Rayon Mərkəzi Xəstəxanasının infeksion xəstəliklər şöbəsinin yerləşdiyi bina ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq deyilib ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanası COVID-19 pandemiyası səbəbilə koronaviruslu xəstələrin müalicəsinə bağlanıb: "İnfeksion şöbədə müalicə alan xəstələr aidiyyəti üzrə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına köçürülüb. İnfeksion şöbənin yerləşdiyi binanın təmiri planlaşdırılır".