“Pandemiya ilə əlaqədar bütün dünyada, o cümlədən ölkəmizdə bir sıra qadağalar, məhdudiyyətlər tətbiq edilib".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, son zamanlar epidemiyanın miqyası azalmağa doğru getdiyi üçün bir sıra məhdudiyyətlər aradan qaldırılıb:
“Bununla bağlı Ov Məsələləri üzrə Koordinasiya Şurasında müzakirələr olub və ov mövsümünün 1 sentyabrdan açılması ilə bağlı qərar qəbul edilib. Ov mövsümünün fevralın 28-də başa çatması nəzərdə tutulub”.