• 17 Yanvar 2021
logo
Azərbaycan dezinfeksiyaedici vasitələrin idxalını kəskin artırıb

Azərbaycan dezinfeksiyaedici vasitələrin idxalını kəskin artırıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 3 098,98 min ABŞ dolları dəyərində 939,32 ton dezinfeksiyaedici vasitə idxal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 548,41 min dollar və ya 2 dəfəyədək, miqdar baxımından isə 451 ton və ya 1,9 dəfədən çox artım deməkdir.

Qeyd edək ki, bu vasitələr əsasən Türkiyə (405,71 ton və ya 1 248,91 min dollar), Böyük Britaniya (299,64 ton və ya 1 004,4 min dolları) və Almaniyadan (66,18 ton və ya 246,92 min dollar) idxal olunub.