• 16 Yanvar 2021
logo
I və IV qruplar üzrə testlərin izahı açıqlanıb

I və IV qruplar üzrə testlərin izahı açıqlanıb

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 20-21 avqust 2020-ci il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər

İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytından əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).