Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ), Tərtər Elektrik Şəbəkəsinin xidməti ərazisi olan Həsənqaya kəndində geniş quruculuq işləri həyata keçirilib.
"Azərişıq" ASC-dən verilən məlumata görə, düşmənlə üz-üzə, təmas xəttində yerləşən Həsənqaya kəndinin elektrik enerjisi sistemi istifadəyə yararsız vəziyyətdə olub. ASC bu kənddə elektrik enerji sistemini tamamilə yenidən qurub. İstismara yararsız dayaq və naqillər, həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunub.