• 20 Oktyabr 2021
logo
Bu gün müəllimlərin işə qəbul imtahanlarında 2 282 namizəd iştirak edəcək

Bu gün müəllimlərin işə qəbul imtahanlarında 2 282 namizəd iştirak edəcək

Bu gün Azərbaycan dili və ədəbiyyat, musiqi fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.

Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanlarda 2 282 namizədin iştirakı nəzərdə tutulub.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.