• 21 Yanvar 2021
logo
TN məktəbəhazırlıq qruplarına qəbul zamanı hansı uşaqlara üstünlük veriləcəyinə aydınlıq gətirib

TN məktəbəhazırlıq qruplarına qəbul zamanı hansı uşaqlara üstünlük veriləcəyinə aydınlıq gətirib

Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulunun hansı prioritetlər nəzərə alınmaqla aparıldığı açıqlanıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, Bakı şəhərində yerləşən bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:

- Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar;

- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;

- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.

Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlarda isə

- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;

- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.