• 16 Oktyabr 2021
logo
Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası açıqlanıb

Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası açıqlanıb

Azərbaycanda koronavirusa yoluxanların 56.2 faizi Bakının payına düşür.

Yoluxmanın 6.6 faizi Gəncə-Qazax, 15.9 faizi Abşeron yarımadası, 10 faizi Aran zonası, 4.4 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 0.8 faizi xaricdən gələnlərdir.

Hazırda ölkə üzrə yoluxma hallarının 1.7 faizi Şəki-Zaqatala, 1.9 faizi Quba-Xaçmaz, 1 faizi Yuxarı Qarabağ bölgəsində, 1,7 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Naxçıvanda yoluxma 0,05 faizdir.

Qeyd edək ki, ölkə ərazisində indiyə qədər 836 908 test aparılıb. Aktiv xəstə sayı 1 793 nəfərdir, onlardan 202 nəfər reanimasiyadadır, 31 nəfər isə süni tənəffüs aparatına qoşulub.