• 22 Yanvar 2021
logo
Azərbaycan kakao idxalını artırıb

Azərbaycan kakao idxalını artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 39 244,14 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4,7% artıb.

Cari ilin yeddi ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,67%-a bərabər olub.

Hesabat dövründə ölkədən bu məhsul ixracının dəyəri 2 008,21 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 19,7% azdır.

Cari ilin yeddi ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,02% təşkil edib.