• 17 Oktyabr 2021
logo
TƏBİB: Hazırda testlərlə bağlı vətəndaşlara zənglər edilir

TƏBİB: Hazırda testlərlə bağlı vətəndaşlara zənglər edilir

Təsadüfi seçilmiş əhali qrupu arasında koronavirusla bağlı seroloji testlərin keçirilməsi layihəsi davam edir.

Bunu TƏBİB-in mikrobiologiya üzrə işçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib.

Q.Ələkbərova bildirib ki, hələ ki, seroloji testlərin götürülməsinə başlanılmayıb. O qeyd edib ki, hazırda təsadüfi seçilmiş vətəndaşlara zənglər edilir: "Vətəndaşlarımıza TƏBİB-in çağrı mərkəzindən zənglər edilir və vətəndaşlar razılıq verdikləri halda tibbi heyət onların ünvanına gedərək analizlər götürüləcək. Ümumilikdə 1500 nəfər vətəndaşdan analiz götürülməsi nəzərdə tutulur. Layihənin sentyabrın əvvəlində başa çatması planlaşdırılır".

Q.Ələkbərova vurğulayıb ki, bu testlər vətəndaşlar üçün də faydalıdır, çünki onlar bu virusu keçirib-keçirmədiklərini biləcəklər.