Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin romantik ənənəvi bayramı sayılan Qixi - "Yeddilər gecəsi"nə həsr olunmuş tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov gənc çoban və səmavi pərinin sevgisindən bəhs edən qədim əfsanə ilə əlaqəli bayramın tarixi haqqında danışıb. O qeyd edib ki, bu gün qızlar çələng və fənərlər ilə evləri bəzəyir, göylərə ibadət edir, meyvələrdən, çiçəklərdən, çaydan və tozdan qurbanlar gətirir, müvəffəqiyyətlə ailə qurmağı arzu edirlər. Aşiqlər bir-birinə simvolik hədiyyələr verirlər.
Tədbirdə ADU-nun Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri sənətkarlıq, sevgi və xoşbəxtlik ilə bağlı bayramının ənənəvi Qisiao ritualında iştirak ediblər.