• 18 Yanvar 2021
logo
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi dördüncü onlayn müzakirəsini keçirib

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi dördüncü onlayn müzakirəsini keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi “Qlobal şəbəkələrdən informasiya təzyiqinə qarşı effektiv mübarizə üsulları” layihəsinin icrasını davam etdirir.

Layihə çərçivəsində dördüncü onlayn müzakirə keçirilib. Bu dəfə "Saxta xəbər hücumlarına qarşı ictimai müqavimətin təşkili və səfərbərlik yolları" mövzusu müzakirə olunub.

"Saxta xəbərlərin rahat şəkildə yayılması üçün əlverişli imkanlara sahib olan sosial şəbəkələrə qarşı hazırda heç bir tədbir görmək mümkün deyil. Saxta xəbər hücumlarını dəf etmək üçün yeganə çıxış yolu kimi ictimai müqavimətin təşkili göstərilir. Ümumiyyətlə, ictimai müqavimət necə təşkil olunmalıdır? Saxta xəbərə qarşı sosial şəbəkə istifadəçilərini necə səfərbər etmək olar?” sualları ətrafında keçirilən onlayn müzakirədə layihənin ekspertləri, QHT, media nümayəndələri və sosial şəbəkə istifadəçiləri iştirak edib.