• 19 Mart 2024
logo
Ümumi daxili məhsulun həcmi açıqlanıb

Ümumi daxili məhsulun həcmi açıqlanıb

2020-ci ilin yanvar-iyul aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 40 milyard 8,5 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azalıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz, neft-qaz sektorunda isə 4,5 faiz azalıb. ÜDM istehsalının 35,3 faizi sənaye, 11,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 4015,1 manata bərabər olub.