• 25 Aprel 2024
logo
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Savah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 24-26, Bakıda gecə 21-23, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 15-19 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 15-də Abşeron yarımadasında güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.