• 27 İyul 2024
logo
Nikahın pozulması dinamikasında azalma müşahidə edilir

Nikahın pozulması dinamikasında azalma müşahidə edilir

"Son dövrlərdə nikahın pozulması adi hala çevrilib".

Bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, nikahın pozulmasında dinamikliyin artması Ədliyyə Nazirliyini də narahat edir: “Bununla bağlı qabaqlayıcı tədbirlərin görülməsinə başlamışıq. Biz beynəlxalq təcrübələrə nəzər salmışıq. Bununla əlaqədar vətəndaş cəmiyyətləri ilə əlaqədar şəkildə psixoloqlara müraciət etmişik. Qeydiyyat şöbələrinə psixoloqlar cəlb etmişik. Qeydiyyat şöbələrinə nikahın pozulması üçün müraciət edən hər bir şəxsə psixoloqla görüşmək təklif olunur. Bundan sonra bəzi vətəndaşlar nikahın pozulmasından imtina ediblər. Bu, tam ödənişsiz həyata keçirilir".