• 24 Oktyabr 2021
logo
Məhkəmə-Hüquq Şurası: Son bir ildə 9 hakimin fəaliyyətinə xitam verilib

Məhkəmə-Hüquq Şurası: Son bir ildə 9 hakimin fəaliyyətinə xitam verilib

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanın imzalanmasından indiyə qədər ötən müddətdə fəaliyyətində korrupsiya hüquqpozmalarına yol verən və vətəndaşın hüquqlarına süni maneə yaradılması hallarına görə 39 hakim intizam məsuliyyətinə cəlb olunub.

Bu barədə Məhkəmə-Hüquq Şurası Aparatının Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektorunun vəzifəsini icra edən Seyfəlpaşa Əliyev deyib.

O bildirib ki, həmin hakimlərdən 9-nun fəaliyyətinə xitam verilib, 4-ü isə daha aşağı işə keçirilib.