• 30 May 2020
logo
Turistlərə xəbərdarlıq: Şirkət seçimində diqqətli olun

Turistlərə xəbərdarlıq: Şirkət seçimində diqqətli olun

Azərbaycan Turizm Assosiasiyası (AZTA) turistləri şirkət seçimində daha diqqətli olmağa çağırır.
Trend-in məlumatına görə, AZTA-nın rəhbəri Nahid Bağırovun sözlərinə əsasən, son zamanlar şirkətlərin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı assosiasiyaya daxil olan şikayətlərin sayı artır:
“Hazırda sektorda idarəetmə mexanizmlərinin olmaması turistlər üçün ciddi problemlər yaradır, eləcə də sektorun imicinə ziyan vurur. Bütün baş verənləri nəzərə alaraq, turistlərə şirkət seçərkən daha diqqətli olmağa, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyyə edirik”.