• 27 İyul 2024
logo
Xəzər dənizi sahilində böyük iməcilik keçiriləcək

Xəzər dənizi sahilində böyük iməcilik keçiriləcək

Avqustun 9-da Xəzər dənizinin sahilində böyük iməcilik keçiriləcək.
Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Nazir müavini qeyd edib ki, iməcilik 12 avqust - Xəzər dənizi günü münasibətilə keçiriləcək.
F.Əliyev vurğulayıb ki, iməcilik Buzovna çimərliyində baş tutacaq. Nazirlik rəsmisi hər kəsi iməcilikdə aktiv iştirak etməyə çağırıb.