• 20 Aprel 2024
logo
BNA: “Gənclik” stansiyasının vestibülü ödəmə terminallarından istifadə üçün açıq olacaq

BNA: “Gənclik” stansiyasının vestibülü ödəmə terminallarından istifadə üçün açıq olacaq

Bu gündən metronun "Gənclik" stansiyasının vestibülü səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, sərnişinlər saat 06:30-dan saat 12:00-dək "Gənclik" stansiyanın vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək.

Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələri xahiş edilir:

"Tövsiyə edirik ki, "BakıKart"-ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar. Əvvəlcədən tədbirli davranış lüzumsz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir".