• 26 Aprel 2024
logo
Şahmar Mövsümov: “Yoluxmalar artsa, biz yenə də bağlanmalara məcbur olacağıq”

Şahmar Mövsümov: “Yoluxmalar artsa, biz yenə də bağlanmalara məcbur olacağıq”

“Əlimizdə olan faktlar göstərir ki, açıq havada virusun yayılma ehtimalı daha azdır”.

Bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, yumşalmalar sanitar-epidemioloji qaydalara əməl edilməsi, yoluxmanın sayının azalması ilə bağlı edilir: “Burada məsələ hava ilə bağlı deyil. Açıq havada yoluxma ehtimalı daha az olsa da, sanitar-epidemioloji qaydalara ciddi əməl edilməlidir. Çünki yoluxmalar artsa, biz yenə də bağlanmalara məcbur olacağıq”.