• 25 Aprel 2024
logo
TƏBİB: Xaricdən həkimlərin gəlməsinin bizə hansı köməyinin olacağı əvvəlcədən planlaşdırılır

TƏBİB: Xaricdən həkimlərin gəlməsinin bizə hansı köməyinin olacağı əvvəlcədən planlaşdırılır

“Xaricdən həkimlərin gətirilməsi dövlətlərarası razılaşma ilə baş ver. Həkimlərin bura gəlməsi çox ciddi hazırlıq nəticəsində həyata keçirilir”.

Bunu Nazirlər Kabineti yanında Operativ qərargahın birifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Şöbə müdiri bildirib ki, hazırda xaricdən gəlmiş mütəxəssislər arasında, məsələn, Çindən, İtaliyadan mütəxəssislər arasında ən çox xəstə qəbul edən xəstəxanalarda çalışanlar həkimlər var: “Bu həkimlərin bura gəlməsinin bizə hansı köməyinin olacağı əvvəlcədən planlaşdırılır”.