• 16 Yanvar 2021
logo
Şahmar Mövsümov: “Hazırda heç yerdə vətəndaşlarımız arasında ölkəyə gəlməklə bağlı gərginlik yoxdur”

Şahmar Mövsümov: “Hazırda heç yerdə vətəndaşlarımız arasında ölkəyə gəlməklə bağlı gərginlik yoxdur”

"Biz bu gün vətəndaşlarımızın xarici ölkələrdən gətirilməsi üçün əlimizdən gələni əsirgəmirik".

Bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, bu çox gərgin əməyi nəticəsidir: "Artıq vətəndaşlar arasında da əvvəlki gərginlik yoxdur. Hər hansı ölkədə belə gərginlik varsa, onlar oradakı səfirliklərə müraciət etsinlər, onların gətirilməsi təmin ediləcək. Hazırda heç bir ölkədə olan vətəndaşlarımız arasında ölkəyə gəlməklə bağlı gərginlik yoxdur".