• 26 Aprel 2024
logo
Deputat tibb sahəsində kadr çatışmazlığından danışıb

Deputat tibb sahəsində kadr çatışmazlığından danışıb

“Səhiyyə işçiləri 65 yaşına çatanda onların əmək müqaviləsinə xitam verilir”.

Bunu Milli Məclisin bugünkü iclasında “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Rəşad Mahmudov deyib.

O bildirib ki, bu, səhiyyə sistemində real vəziyyətə uyğun gəlmir və bir növ kadr çatışmazlığına səbəb olur.

“Bu ölkənin səhiyyə sistemində vacib olan bir problemdir. Kənd və rayon yerlərində 40-50% ştatların boş olması da problemlər yaradır. Aidiyyəti qurumlar ortaq həll yolu tapıb bu məsələni həll etməlidir”, - deyə deputat vurğulayıb.