• 27 May 2020
logo
Bakı məzunlarının 14-ü orta məktəbi qızıl, 1-i gümüş medalla bitirdi

Bakı məzunlarının 14-ü orta məktəbi qızıl, 1-i gümüş medalla bitirdi

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i gümüş medala layiq görülüb.
İdarədən verilən məlumata görə, əmrdə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb. Belə ki, ümumilikdə respublika üzrə bu il təhsil müəssisələrini bitirən məzunlardan 112-si qızıl, 67-si isə gümüş medalla təltif olunub.
Qeyd edək ki, qızıl və gümüş medala namizədlər Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib.