• 22 Sentyabr 2020
logo
İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırılır

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırılır

Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə təkliflər birinci oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsində İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin gəlirlərinin 151 milyon 235 min 400 manat, xərcləri 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilməsi təklif edilir.

Xatırladaq ki, İSF-nin 2020-ci il büdcəsinin gəlirləri 128 235 400,0 manat, xərcləri 128 235 400,0 manat məbləğində təsdiq edilib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.