• 18 Sentyabr 2020
logo
DSMF-nin gəlir və xərcləri azaldılır

DSMF-nin gəlir və xərcləri azaldılır

2020-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri azaldılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 milyard 784 milyon 700 min manat, xərcləri 4 milyard 784 milyon 700 min manat məbləğində təsdiq edilməsi təklif edilir.

İndiyə qədər DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 825 508 800,0 manat, xərcləri 4 825 508 800,0 manat məbləğində təsdiq edilib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.