• 19 Mart 2024
logo
Bu gün pandemiya ilə əlaqədar yarımçıq dayandırılmış avrokubok matçları bərpa olunur

Bu gün pandemiya ilə əlaqədar yarımçıq dayandırılmış avrokubok matçları bərpa olunur

Bu gün koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılmış futbol üzrə UEFA Avropa Liqası bərpa olunur.

Avqustun 5-6-da turnirin 1/8 final mərhələsinin oyunları baş tutacaq.

Yarışıın ilk günündə "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə), "Şaxtyor" (Ukrayna) - "Volfsburq" (Almaniya), "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) və "Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya) matçları keçiriləcək.

Avqustun 6-də isə "Bayer" (Almaniya) - "Reyncers" (Şotlandiya), "Sevilya" (İspaniya) - "Roma" (İtaliya), "Bazel" (İsveçrə) - "Ayntraxt" (Almaniya) və "Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) keçiriləcək.

Qeyd edək ki, avqustun 7-8-də isə Çempionlar Liqasının matçları bərpa olunacaq.