• 24 Aprel 2024
logo
Zaqatalada içməli suyun verilməsi bərpa olunub

Zaqatalada içməli suyun verilməsi bərpa olunub

Zaqatala şəhərində yaranan içməli su problemi artıq aradan qaldırılıb.

Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, sakinlərə içməli suyun verilməsi artıq bərpa olunub: “Bildiyimiz kimi, leysan yağışların yağması səbəbidən Zaqatala rayonunda içməli su problemi yaranmışdı. İçməli suyun verilməsi Zaqatala şəhəri, Yuxarı Tala və Aşağı Tala kəndlərində dayandırılmışdı. Hazırda Zaqatala şəhərində yaranan bu problem aradan qaldırılıb, suyun verilməsi bərpa olunub. Tala kəndlərində isə bələdiyyə tərəfindən suqəbuledici qurğular quraşdırılıb. Həmin kəndlər bizim balansımızda olmadığı üçün onlar barədə əlavə məlumat verə bilməyəcəm”.