• 29 Mart 2024
logo
Deputat: “Azərbaycanda şəffaflaşmanın səviyyəsi artıb”

Deputat: “Azərbaycanda şəffaflaşmanın səviyyəsi artıb”

“İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Dövlətin kifayət qədər ehtiyatının olması yeni iş yerlərinin açılmasına şərait yaradıb. Azərbaycanda şəffaflaşmanın səviyyəsi artıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında komitə sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, son iki ayın təhlillərinə əsasən, kifayət qədər ehtiyatlı olmaq lazımdır.

“30 iyul tarixində büdcənin dürüstləşdirilməsi ilə bağlı layihə daxil olduğu bəllidir. Beynəlxalq Valyuta Fondunun verdiyi tövsiyələrdə büdcənin daha çevik olması tələb olunur. Ölkə Prezidentinin tapşırığı ilə sosial xərclərə böyük önəm verilməsi, heç bir sosial paketin ixtisar olunmaması tapşırılıb. Büdcə kəsrinin təxminən 5% həcmində olması idarəolunacaq səviyyədədir”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.