• 20 Aprel 2024
logo
Ülvi Mehdiyev: “Çimərliklərdə kafe, hovuz və su attraksionlarının istifadəsi qadağandır”

Ülvi Mehdiyev: “Çimərliklərdə kafe, hovuz və su attraksionlarının istifadəsi qadağandır”

“Çimərlik daxilində hovuz və su attraksionlarının istifadəsi qadağandır”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O, bildirib ki, çimərlikdə fəaliyyət göstərən idman oyunları və ləvazimatlarının tam şəkildə yığışdırılması da tələblərdən biridir: “Çimərlik ərazisində ictimai iaşə obyektləri də karantin dövründə fəaliyyət göstərə bilməz. Nazirlər Kabinetinin qərarına əsasən, yerində xidmət yox, yalnız çatdırılma ilə mümkündür, bu hal çimərliklərə də şamil olunur. Eyni zamanda çimərlik ərazilərində musiqi proqramlarının təşkili də qadağandır”.