• 2 İyul 2025
logo
Avqustun 31-dək ölkə üzrə bulvar və parklarda uşaq əyləncə məkanlarının fəaliyyətinə icazə verilməyəcək

Avqustun 31-dək ölkə üzrə bulvar və parklarda uşaq əyləncə məkanlarının fəaliyyətinə icazə verilməyəcək

2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla), iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti qadağan olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.