• 20 Aprel 2024
logo
Yaqut Qarayeva: “Hazırda yoluxma vəziyyəti stabildir, hansı qərarlar veriləcəyi Operativ Qərargahdan asılıdır"

Yaqut Qarayeva: “Hazırda yoluxma vəziyyəti stabildir, hansı qərarlar veriləcəyi Operativ Qərargahdan asılıdır"

“Biz də ümid edirdik ki, orduya dəstək aksiyasından sonra koronavirusa yoluxmada artım baş verməyəcək”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, virusun özünü necə aparacağı haqda proqnozların verilməsi çətin məsələdir: “Onu deyə bilərəm ki, hazırda yoluxma vəziyyəti stabildir, bundan sonra necə olacaq, onun nəticəsində hansı qərarlar veriləcək, bunu Operativ Qərargah deyəcək”.