• 13 Fevral 2025
logo
ÜST: Azərbaycanda koronavirusla bağlı vəziyyət son iki həftə ərzində stabilləşib

ÜST: Azərbaycanda koronavirusla bağlı vəziyyət son iki həftə ərzində stabilləşib

“Azərbaycanda koronavirusun alovlanması may ayından başladı, son iki həftə ərzində isə vəziyyət stabilləşib”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda səfərdə olan missiyasının rəhbəri David Novillo Ortiz deyib.

O bildirib ki, son iki həftə ərzində xəstəliyə yoluxma halı 27 % azalıb: “Biz səfərimiz zamanı Operativ Qərargahın rəhbərliyi, dövlət məmurları, səhiyyə işçiləri ilə 50-yə yaxın görüş keçirdik. Səfərimizin məqsədi cari vəziyyəti təhlil etmək idi. Aidiyyəti şəxslərin bizə verdikləri məlumatlarda olduqlarına görə təşəkkür edirik. Missiya zamanı kifayət qədər maliyyə və insan resursunun pandemiya ilə mübarizəyə ayrıldığını gördük. Bütün nazirliklər və agentliklər öz fəaliyyətlərini kommunikasiya edir. ÜST yenə də texniki dəstək göstərməyi davam etdirəcək”.