Azərbaycanda indiyədək ümumilikdə 31 878 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5 548 nəfərdir.