Bu gün 14 şəhər və rayonda növbəti buraxılış (qəbul) imtahanları keçirilib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu gün müxtəlif təyinatlı məktəblərdə - internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahanlar keçirilib.
İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 120-yə yaxın şagird iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.