Dövlət İmtahan Mərkəzində keçirilən beynəlxalq imtahanlara dair həftəlik hesabat açıqlanıb.
DİM-dən verilən məlumata görə, Mərkəzdə iyulun 20-24-də Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan və informasiya texnologiyaları (İT) sahəsinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:
- Cisco Systems, Inc. şirkətinin “Implementing and Operating Cisco Enterprise Network Core Technologies” sertifikat imtahanı;
- (ISC)2 təşkilatının “Information Systems Security Architecture Professional (ISSAP)” sertifikat imtahanı;
- CompTIA assosiasiyasının “CompTIA A+ Certification Exam: Core 2 (220-1002)” sertifikat imtahanı.
Keçirilən imtahanlarda ümumilikdə 3 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.