• 18 Fevral 2025
logo
11-ci sinif buraxılış imtahanlarında ən yüksək nəticə göstərən məktəblər məlum olub

11-ci sinif buraxılış imtahanlarında ən yüksək nəticə göstərən məktəblər məlum olub

2-3 iyulda 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün Naxçıvanda keçirilmiş qəbul) imtahanlarında ən yüksək nəticə göstərən məktəblər məlum olub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan iştirakçıları arasında ən yüksək nəticəni 291.8 bal toplayan Naxçıvan şəhəri, Heydər Əliyev adına məktəbin məzunu göstərib.

İkinci ən yüksək nəticəni 286 bal toplayan Ağcabədi rayonu, 11 saylı şəhər tam orta məktəbin məzunu göstərib. Naxçıvan MR Babək rayonu, Güznüt kənd tam orta məktəbin və Şirvan şəhəri, 16 saylı şəhər tam orta məktəbin məzunları isə hər biri 285.3 bal toplayıb.