• 23 Sentyabr 2020
logo
Bakının və bir neçə rayonunun təbii qaz təchizatı məhdudlaşdırılıb

Bakının və bir neçə rayonunun təbii qaz təchizatı məhdudlaşdırılıb

Bu gün saat 10:00-dan 17:00-dək Şamaxı şəhərinin 12 kəndində, saat 11:30-dan isə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük yaşayış massivində qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, qaz təchizatındakı məhdudiyyətlər aşkar olunan qaz sızmalarının ləğvi və xətlərdə sazlama işləri ilə əlaqədardır.
Eləcə də saat 09:00-dan Zaqatala rayonunun Hənifə kəndində, saat 09:45-dən Xaçmazdan Quba rayonu istiqamətində olan qaz xəttində, saat 10:30-dan Şəmkir rayonunun Çənlibel, Qasmalılar, Seyidlər və Hacalılar kəndlərini təmin edən orta təzyiqli qaz kəmərində, saat 10:35-dən Xəzər rayonunun Buzovna qəsəbəsində, saat 10:40-dan isə Sabirabad rayonunun 11 kəndində müəyyən işlərin aparılması ilə əlaqədar olaraq qaz təchizatı dayandırılıb.