Ev şəraitində COVİD-19-a yoluxan və ambulator şəraitdə müalicə olunan 12862 nəfər qeydə alınıb.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, 8 mindən artığının müayinə cavabı mənfidir. Mənfi olsa da əlamətləri şübhəlidir. Digərləri isə əlaəmti olanlardır. Hər gün onların bir qismi sağalır. Dünən 557 nəfər, bu gün 252 nəfər sağalıb. Poliklinikalara hər gün 400-500 nəfər müraciət edir. Hal hazırda 6000 nəfərdən yaxma götürülüb".
N,Zeynalov bildirib ki, ev şəraitində müalicə olunan şəxslərə hazırda dərman preparatları çatdırılır: "Hazırda bu prosesdə ləngimələr yoxdu: "Əvvəllər bu prosesdə ləngimələr olurdu. Hazırda bu problem aradan qaldırılıb və ehtiyacı olan şəxslərə vaxtında derman preparatları çatdırılır.